04.06.2018

IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib

                İyun aynın 3-də Bərdə şəhər 7 nömrəli tam orta məktəbdə  VI və VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib. Keçirilmiş müsabiqədə ümumilikdə 116 nəfər şagird iştirak edib.

             Birinci mərhələdə şagirdlərə məntiqi təfəkkürü, qeyri-standart düşünmə qabiliyyətini müəyyən edən 50 tapşırıq təqdim edilib. Müsabiqənin ikinci - final mərhələsində fənn və məntiq olmaqla tapşırıqlar təqdim ediləcək.

                Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd aşağı sinif şagirdlərin fənlərin dərindən öyrənmələrinə maraq yaratmaq, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin gələcək nümayəndələrini - namizədlərini müəyyən etməkdən ibarətdir.


Açar sözlər: ,  ,