İyunun 5-də Bərdə Rayon Təhsil Şöbəsinin iclas zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, tarix və coğrafiya müəllimləri iştirak ediblər.
Konfransı giriş sözu ilə açan Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti ictimai, ideoloji və siyasi gerçək olaraq yalnız tarixi şəraitin məhsulu deyil, həm də XIX əsrin sonu – XX əsrin əvvəllərində milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir.
Mövzu barədə Rayon Təhsil Şöbəsinin metodisti Fəridə Vəliyeva geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələrdə şəhər və kənd məktəblərinin tarix müəllimləri iştirak ediblər.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.