Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Təhsil naziri Ceyhun Bayramovun müvafiq sərəncam və əmrinə uyğun olaraq təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə qabaqcıl təhsil işçiləri təltiflərə layiq görülüb.
Bərdə rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən pedaqoji işçilərdən şəhər 8 nömrəli tam orta məktəbin sinif müəllimi Ruxsarə Mirzəyeva Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Tərəqqi medalı” ilə təltif olunub.