Oktyabrın 25-də Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün maarifləndirici seminar keçirilib.
Seminarın keçirilməsinin əsas məqsədi gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək olub.
Tədbir zamanı tədris planına uyğun müxtəlif mövzular üzrə söhbətlər aparılıb, qrupda işləmək və dərsliklərlə işin təşkili məsələləri haqqında müzakirələr aparılıb.
Tədbirlərdə gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin fəaliyyəti zamanı qarşıya çıxan məsələlər haqqında da danışılıb. Rəhbərlərə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.
Seminarın sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.