Oktyabr ayının 24 və 25-i şəhər 5 nömrəli tam orta məktəbdə Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə "Müstəqilliyə gedən yol” mövzusunda inşa yazı və "Vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqələri keçirilib.
Bərdə Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman idarəsinin ilə birgə təşkil etdiyi müsabiqədə 22 məktəbdən 66 şagird iştirak edib.
Qalib şagirdlərə təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar təqdim olunacaqdır.