Azərbaycan Respublikası Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən 2010-cu il 18 noyabr ayından etibarən hər il “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi keçirilir.
Respublikanın bütün şəhər və rayonlarının ümumitəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçirilir.
Keçirilən müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsidir.
Müsabiqədə iştirak etmək üçün nominasiyalar üzrə Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin əl işləri toplanılıb, baxış keçirilərək ən yaxşıları seçilib və Ağdam rayonunun Quzanlı qəsəbəsində yaradılmış Qarabağ Regional Mərkəzi ilə birgə təşkil olunmuş münsiflər heyətinə göndərilib.
Qeyd edək ki, Qarabağ Regional Mərkəzində seçilmiş nümunələr “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin Respublika mərhələsinə təqdim ediləcək.