08.11.2018

“Mənim üçrəngli bayrağım” mövzusunda şeir müsabiqəsi keçirilib

        Noyabrın 7-də Bərdə Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “9 Noyabr-Dövlət Bayrağı günü”nə həsr olunmuş Bərdə rayon məktəbliləri arasında “Mənim üçrəngli bayrağım” mövzusunda şeir müsabiqəsi keçirilib.

            Müsabiqədə Bərdə RTŞ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 42 nəfər şagird iştirak edib.

            Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin sədr müavini A.Qasımov açaraq, üçrəngli bayrağımızın yaranma tarixi barəsində iştirakçıları məlumatlandırıb.

            Şeir müsabiqəsinin qayda və şərtləri izah olunduqdan sonra şeir müsabiqəsinə start verilib. Şagirdlər böyük ruh yüksəkliyi ilə Azərbaycan şairlərinin bayraq haqqında şeirlərini söylədilər və həmçinin bədii kompozisiyalar da ifa olunub.

            Şeir müsabiqəsinin münsiflər heyətlərinin qiymətləndirməsi əsasında yekun protokolu tərtib olunub və qaliblər aşağıdakı qaydada müəyyən edilib.

            I yer – Ayşən Camalzadə - Şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi

            II yer – Onur Əlizadə - Ak.Z.Əliyeva adına məktəb-liseyin IV sinif şagirdi

            II yer – Aylin Əsgərova – Şəhər 7 nömrəli tam orta məktəbin I sinif şagirdi

            III yer – Xəyal Abdullayev – Şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi

            III yer – Nurlan Əliyev- Kətəlparaq kənd tam orta məktəbin V ci sinif şagirdi

            Qaliblərə diplomlar, digər şagirdlərə isə fəxri fərmanlar təqdim olunub.


Açar sözlər: ,  ,