Noyabr ayının 2-də Bərdə rayon ümumi təhsil məktəbləri arasında “Xəmsə” intellektual oyununun rayon mərhələsi keçirilib. Rayon mərhələsində şəhər 3 nömrəli, Xanqaraqoyunlu və Mirzalıbəyli kənd tam orta məktəblərinin şagirdlərindən ibarət "Hərum" komandası qalib gələrək intellektual oyunun zona mərhələsinə vəsiqə qazanıb.
Rayon mərhələsinin qalibi olmuş "Hərum" komandası Göygöl rayonunda keçirilən “Xəmsə” intellktual oyunun zona mərhələsində iştirak edib. Yarış zamanı Bərdə rayonunu təmsil edən komanda suallara A qrupunda mübarizə aparan digər rayon komandalarından daha çox düzgün cavab verib və 2900 bal toplayaraq A qrupu üzrə qalib olublar.
Məlumat üçün bildiririk ki, “Xəmsə” intellektual oyununun Göygöl rayonunda keçirilmiş zona mərhələsində qalib olmuş Bərdə təmsilçiləri, yarışın Naxçıvan Muxtar Respublikasında keçiriləcək Respublika mərhələsində iştirak edəcəklər.