10.12.2018

“Qələbə bizimdir, bizim olacaq” adlı tədbir kecirilib

          Şəhər 2 nömrəli tam orta məktəbdə hərbi vətənpərvərlik mövzusunda, “Qələbə bizimdir, bizim olacaq” adlı tədbir kecirilib. Tədbirdə Bərdə Rayon Təhsil Şöbəsinin nümayəndəlləri, “N” saylı hərbi hissənin əsgərləri, məktəbin müəllim və şagird kollektivi, həmçinin valdeynlər iştirak edib.

              Məktəbin iclas zalında kecirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

              Tədbirdə şagirdlərin ifasında vətənə, dövlət atributlarına aid şeirlər, mahnılar səsləndirilib.

           Azərbaycan bayrağını əsgər geyimində olan şagirdlərin səhnəyə alqış sədaları altında gətirməsi və yeniyetmələrin işğal altında olan rayonlarımızın adlarını boyunlarından asaraq səhnəyə çıxması tədbirin ən yadda qalan hissəsi olub.

            Bərdə RTŞ-nin metodisti Elxan Əliyev Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində məktəblərimizdə mütəmadi olaraq işlərin görüldüyünü bildirib. 

              Tədbir şagirdlərin əsgərlərimizə hazırladıqları hədiyyələrin təqdimatı ilə başa çatıb.


Açar sözlər: ,  ,  ,