11.12.2018

“Gənc Proqramçılar Dərnəyi” adlı layihə başa çatıb

             Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”ndə qalib olmuş Bərdə şəhər Akademik Z.Əliyeva adına məktəb-liseydə “Gənc Proqramçılar Dərnəyi” adlı layihə başa çatıb.

         Layihə üzrə dərnəkdə həm nəzəri, həm paraktik, həm də təqdimat bacarıqlarını təkmilləşdirmək üçün şagirdlərlə təlimlər keçirilib.

           Məşğələlər həftədə 1 dəfə, 1 akademik saat (90 dəqiqə) olmaqla, (5 qrupla) keçirilib. V-VII siniflərdə Alplogo, VIII-IX siniflərdə isə Phyton proqramlaşdırma ilə bağlı nəzəri mövzular üzrə praktik işlər aparılıb.

         “Ən yaxşı” təqdimat müəlliflərini müəyyən etmək üçün ekspert olaraq Təhsil İşçilərinin Peşəkar İnkişafı İnsitutunun layihələrin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Afət xanım Qasımova  təlimdə iştirak edərək şagirdlər ilə Bərdə şəhər Akademik Z.Əliyeva adına məktəb-liseyin akt zalında görüş keçirib, şagirdlərə sertifikatlar verilib.


Açar sözlər: ,