Şəhər 2 nömrəli tam orta məktəbdə “Mənim polisim” adlı tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rəis müavini, polis polkovnik-leytenantı Yaqub İsmayılov, Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektorları, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edən tədbir iştirakçıları Azərbaycan polisinin yaranması və fəaliyyəti barədə geniş məlumat verərək, tədbirin əhəmiyyətindən danışıblar.
Sonra Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov qeyd edib ki, “Tədbir uşaqlarda motivasiya yaratdı, maarifləndirici tədbir oldu”. R.Şərifov eyni zamanda bu cür maarifləndirici tədbirləri davam etdirməyin vacibliyini vurğulayıb.
Çıxışlardan sonra şagirdlər Azərbaycan polisinin andını qürur və fəxirlə söyləyiblər. Polis işinə həsr olunmuş şeirlər, mahnılar ifa edilib, rəqslər və səhnəciklər təqdim olunub, videoçarx izlənilib.
Məktəb kollektivi cəmiyyətimizi qoruyan polis işçilərinə qarşı öz məhəbbətlərini onlara hədiyyələr təqdim etməklə göstəriblər.