25.12.2018

Bir qrup bərdə ziyalısı Cocuq Mərcanlıya səfər edib

              Dekabrın 25-də Bərdə Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə bir qrup bərdə ziyalısı Cocuq Mərcanlıya səfər edib. Qonaqlar səfər çərçivəsində ilk öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoyublar.

                Sonra nümayəndə heyəti Cocuq Mərcanlıda yeni inşa olunmuş 96 şagird yerlik məktəbə gediblər.

               Kənd haqqında ətraflı məlumat alan təhsil nümayəndələrinə bildirilib ki, Qarabağ müharibəsi dövründə bir neçə ay işğalda qalan Cocuq Mərcanlı 1994-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. 2016-cı ildə, aprel döyüşləri zamanı Lələ Təpə yüksəkliyinin işğaldan azad edilməsi ilə kənd təhlükədən qurtulub. Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlı yenidən bərpa edilib. 150 ev tikilib, məcburi köçkün həyatı yaşayan ailələr öz doğma kəndlərinə köçürülüb.

          Daha sonra ziyalılar məktblə yaxşndan tanış olub, məktəblilərə gətirdikləri bayram paylarını hədiyyə ediliblər. Qonaqlar məktəblə tanışlıqdan sonra Cocuq Mərcanlı məscidini ziyarət ediblər. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi abidələr yandırılaraq məhv edilib. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri inşa olunub və bu, rəmzi məna daşıyır.

            Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Bərdə rayon təhsil nümayəndələrinin Cocuq Mərcanlıya səfəri xoş təəssüratlarla yadda qalıb.


Açar sözlər: