21.01.2019

20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

           Yanvarın 20-də Respublikanın bütün bölgələrində olduğu kimi Bərdə rayonunda da 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

             Tədbir “Qəhrəmanlar Parkı”nda 5000 nəfər bərdəlinin iştirakı ilə baş tutub. Əvvəlcə Vətən uğrunda həlak olmuş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, onların xatirəsinə ehtiram olaraq əbədi məşəl önünə tər qərənfillər düzülüb. Daha sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edib, şəhidlərin ruhuna dualar oxunub.

                 Tədbir Bərdə şəhəri 5 nömrəli tam orta məktəbin şagirdlərinin səhnələşdirdiyi kompozisiya ilə yekunlaşıb.


Açar sözlər: ,  ,  ,