31.01.2019

“Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlimin yekun qiymətləndirilməsi keçirilib

            Oktyabr ayı ərzində Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin ibtidai sinfində Ana dili fənnini tədris edən müəllimlər üçün Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlim keçirilib.

            Təlimlərdə məktəblilərə oxunun əsas komponentləri ilə iş, şagirdlərin oxuya həvəsləndirilməsi yolları, oxuyub-anlama bacarıqlarının inkişafında idrak taksonomiyasının rolu, oxu dərslərinin mərhələli şəkildə təşkili, köməkçi oxu metodlarından istifadə, səmərəli oxu strategiyalarının tətbiqi və digər mövzulardan bəhs olunub.

          Praktik, interaktiv metod və strategiyalar əsasında keçirilən təlimlərdə ibtidai sinif müəllimlərinin bilikləri diaqnostik, summativ və formativ qiymətləndirilmə ilə yoxlanılıb.

         Yanvarın 31-də həmin təlimin iştirakçısı olmuş 86 müəllimin  müvafiq sertifikatla təmin olunması məqsədi ilə şəhər 6 nömrəli tam orta məktəbdə yekun qiymətləndirilməsi keçirilib.


Açar sözlər: ,  ,