11.02.2019

“Azərbaycan dilini sevək, sevdirək" mövzusunda seminar keçirilib

              Bərdə Rayon Təhsil Şöbəsinin iclas zalında “Azərbaycan dilini sevək, sevdirək" mövzusunda seminar keçirilib.

      Bərdə RTŞ-nin əməkdaşlarının, məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlərin, kitabxanaçıların və şagirdlərin iştirak etiyi tədbirlərdə Azərbaycan dilinin yaranma tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin inkişaf mərhələlərinə nəzər yetirilib.

            Tədbirlərdə ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə söhbət açılıb, o cümlədən milli sərvətimiz olan ana dilimizin inkişafında kitabxanalarının rolunun vacibliyi vurğulanıb.

             Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər, aforizmlər, atalar sözləri, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

             Tədbirdə “Ana dilimizi sevək,sevdirək", “Azərbaycan dilinin inkişafı ilə bağlı verilən əmr və sərəncamlar”, “Ana dilimiz milli varlığımızdır”, “Ana dilinin inkişafında kitabxanaların rolu”  və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.


Açar sözlər: ,  ,  ,