Fevralın 15-də Milli qəhrəman Hafiz Zeynalovun doğum günü münasibətilə onun adını daşıyan Gərənə kənd orta məktəbində şəhidin anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, birliyin bir neçə fəal üzvü, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.
Mərasimdən öncə rayonun Şəhidlər Xiyabanı ziyarət olunaraq, şəhidin məzarı önünə əklil və gül dəstələri qoyulub və ailəsinə baş çəkilib.
İştirakçılar Hafiz Zeynalovun keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yollarından danışıblar.
Məktəblilərin ifasında vətənpərvərlik mövsuzunda səhnəciklər və kompozisiyalar nümayiş etdirilib.