20.02.2019

"Möcüzələr Aləmi" adlı Kimya gecəsi keçirilib

            Fevralın 19-da şəhər 3 nömrəli tam orta məktəbdə "Möcüzələr Aləmi" adlı Kimya gecəsi keçirilib.

            Tədbirdə qonaq qismində ümumtəhsil məktəblərinin kimya müəllimləri, valideyn və şagirdlər iştirak ediblər.

           Gecənin keçirilməsində əsas məqsəd şagirdlərdə müxtəlif texniki fənlərə, xüsusilə də kimya elminə maraq yaratmaq və onların bu sahədə bilik və bacarıqlarını əyani vasitələrlə artırmaqdan ibarətdir.

             Kimya gecəsinin gedişində məktəbin yuxarı  sinif şagirdlərinin iştirakı ilə müxtəlif kimyəvi reaksiyalar aparılıb.