20-21 fevral tarixlərində rayonun Ak. Zərifə Əliyeva adına məktəb-liseyin idman zalında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş idmanın voleybol növü üzrə rayon birinciliyi keçirilib.
Bərdə Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları iştirak ediblər.
Oyununda iştirak edən Bərdə RTŞ-nin metodisti Anar Rəsulov Xocalı qətliamının azərbaycanlılara qarşı tarixi düşmənlərimiz olan ermənilər tərəfindən törədilən soyqırım olduğunu bildirib, “Xocalıya ədalət” kampaniyasının beynəlxalq aləmdə davam etdiyindən, gənclərin vətənpərvərlik tərbiyəsi ilə əlaqədar həyata keçirilən geniş miqyaslı tədbirlərdən danışıb.
Oyunda komandalar qrup və final mərhələsində yarışıblar. Oyunların nəticələrinə görə I yerə Gülgəzli kənd tam orta məktəbin, II yerə Əmirli kənd tam orta məktəbin və III yerə şəhər 8 nömrəli tam orta məktəbin voleybol komandaları layiq görülüblər.
Yarışda fərqlənən şagirdlər və qalib gələn komandalar Bərdə RTŞ tərəfindən diplom və kubokla mükafatlandırlıblar.