Fevraln 22-də Bərdə Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı fəryadı” mövzusunda inşa və rəsm müsabiqələri keçirilib.
Müsabiqə şəhər 6 nömrəli tam orta məktəbdə təşkil edilib və RTŞ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdə təhsil alan şagirdlər arasında aparılıb.
Tədbirdə RTŞ-nin müdiri Rzaqulu Şərifov, rayon Gənclər və İdman idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Aydın Qasımov çıxış edərək Xocalı faciəsi barədə şagirdlərə geniş məlumat veriblər.
Müsabiqələrdə 100 nəfər şagird iştirak edib. Qaliblərə Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları təqdim olunacaq.