28.02.2019

“Açıq qapı” günü keçirilib

           Fevralın 27-də Mirzalıbəyli kənd tam orta məktəbində “Açıq qapı” günü keçirilib. Bərdə Rayon Təhsil Şöbəsinin əməkdaşlarının, rayonunun ümumtəhsil məktəblərinin müəllimlərinin və valideynlərin də iştirak etdiyi dərslərdə I-XI siniflər arasında müxtəlif fənlər üzrə ( ədəbiyyat, tarix, riyaziyyat, kimya və ibtidai sinifdə Azərbaycan dili) 5 nümunəvi dərs təqdim edilib.

            Qonaqların iştirakı ilə əvvəlcə dərslər dinlənilib, sonra isə keçirilmiş dərslərin müzakirə və təhlili aparılıb. Müxtəlif innovativ üsullar və İKT vasitələrinin tətbiqi ilə nümayiş etdirilən dərslərə qiymət verərkən Bərdə Rayon Təhsil Şöbəsinin əməkdaşları müşahidə etdikləri dərslərin uğurlu cəhətlərini qeyd etməklə yanaşı həm də müvafiq tövsiyələrini söyləyiblər.

            Digər məktəblərdən müşahidəçi qismində dəvət edilmiş müxtəlif fənn müəllimləri belə kütləvi məktəb tədbirlərinin təhsilin keyfiyyətinin yüksəldilməsində və şagirdlərin ümumi dünyagörüşünün  zənginləşdirilməsində əvəzsiz rol oynadığını qeyd ediblər.


Açar sözlər: ,  ,  ,