Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin bir qrup müəllim, şagird və valideynləri əməkdaşlıq, təcrübə mübadiləsi və inteqrasiya məqsədilə Cəbrayıl rayonun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olublar.
Nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər gül dəstələri qoyublar. Sonra heyət Cocuq Mərcanlı kəndində yerləşən tam orta məktəbə səfər edərək, məktəblilərə Novruz sovqatı aparıblar. Cocuq Mərcanlı məktəbliləri plakatlar, şüarlarla Bərdə məktəblilərini böyük coşqu ilə qarşılayıblar. Şəhər 8 nömrəli tam orta məktəbin müəllim, şagird və valideynləri məktəblə yaxından tanış olduqdan sonra çıxış edən məktəbin direktoru Qənbər Ağayev məktəb kollektivinin digər üzvlərinin təbriklərini çatdırıb və şagirdlərə hədiyyələr təqdim olunub. Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev məktəb kollektivinə təşəkkürünü bildirib. Sonda Q. Ağayev məktəbin “Xatirə” kitabına ürək sözlərini qeyd edib.
Sonra nümayəndə heyəti Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidi ziyarət ediblər. Məsciddə şəhidlərin ruhuna dua oxunub. Məktəbin direktoru Q.Ağayev çıxış edərək bildirib ki,“Ermənistan ordusunun dağıtdığı Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulub. Kənddə hər cür infrastruktura malik yaşayış məntəqəsi salınıb. Şuşa məscidinin bənzəri olan məscid inşa edilib. Bütün bunlar işğal altında olan torpaqlarımıza, o cümlədən Şuşaya qayıdacağımıza inamı daha da artırır. İnanıram ki, Azərbaycan Ordusu bizə Lələtəpə zəfəri kimi çox qələbələr yaşadacaq”.