12.03.2019

“Breyn-rinq” intellektual oyununun rayon çempionatı keçirilib

           Martın 12-də Bərdə Rayon Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə YAP Bərdə rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş “Breyn-rinq” intellektual oyununun rayon çempionatı keçirilib.

           Çempionat şəhər 7 nömrəli tam orta məktəbdə, 16 məktəbin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında keçirilib. 

        Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək rayon gənclərinin təhsil sahəsində əldə etdikləri nailiyyətlərdən danışıb. Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Aydın Qasımov rayonun yeniyetmələrdən ibarət "Hərum" komandasının müxtəlif intelllektual yarışlarda əldə etdiyi nailiyyətlərdən danışaraq, oyunun keçirilməsi qaydaları haqqında geniş məlumat verib. 

             Komandalar püşkatma yolu ilə 4 yarımqrupda mübarizə aparıblar. Öz yarımqruplarında qalib olmuş şəhər 3 nömrəli, şəhər 4 nömrəli, şəhər 7 nömrəli  və Mirzalıbəyli kənd tam orta məktəblərinin komandaları final mərhələsində görüşüblər. Daha yüksək intellektual oyun səviyyəsi nümayiş etdirən Mirzalıbəyli kənd tam orta məktəbin komandası I, şəhər 7 nömrəli tam orta məktəbin komandası II, şəhər 3 nömrəli tam orta məktəbin komandası isə III yeri tutublar.

         Qalib komandalar YAP Bərdə rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş rayon tədbirində təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.


Açar sözlər: ,