Bərdə Rayon Təhsil Şöbəsində dövlət xadimi və siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçirilib.
Müsabiqədə rayonun ümumtəhsil məktəblərdən 59 nəfər IX-XI sinif şagirdləri iştirak ediblər.
“Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər H. Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.
Qeyd olunan amilləri təqdimatında cəmləşdirən akademik Z.Əliyeva adına məktəb-liseyin XI sinif şagirdi Yusifli Pınar Səbutər qızı müsabiqənin rayon turunun qalibi seçilib.
Qeyd edək ki, müsabiqənin qalibi aprel ayında Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.