26.03.2019

“Ölkəmizi tanıyaq” tur-aksiya başa çatıb

        “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçılarının Qəbələ, Şəki və Zaqatala üzrə ekskursiyası uğurla başa çatıb.

           Bərdə, Ağdam, Füzuli, Ağcabədi, Beyləqan, Daşkəsən, Tovuz, Ağstafa və Qazax rayonlarından olan məktəblilər martın 26-da Qəbələ rayonundan yaşadıqları rayonlara yola düşüblər.

           Qeyd edək ki, 9 rayondan olan 360 nəfər məktəbli martın 23-dən 26-dək Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin coğrafiyası, tarixi, adət-ənənələri, turizm imkanları haqqında məlumat verilib.

               Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.


Açar sözlər: ,