08.04.2019

“Yaşıl mıktəb” lahiyəsi adı altında ağacəkmə aksiyaları keçirilir

            Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə “Yaşıl mıktəb” lahiyəsi adı altında ağacəkmə aksiyaları keçirilir.

           Ağacəkmə aksiyalarının keçirilməsinin məqsədi ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

            Bərd RTŞ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin iştirak etdikləri aksiyalar zamanı məktəblərin həyətyanı sahələrində müxtəlif növ ağaclar əkilir, bitkilərə aqrotexniki qulluq göstərilir.

            Məktəblərdə ağacəkmə aksiyalarının davam etdirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,