08.04.2019

Atletika idman növü üzrə keçirilən zona yarışına yekun vurulub

               Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq atletika idman növü üzrə Gəncə şəhər Mərkəzi Stadionunda keçirilən zona yarışına yekun vurulub.

            Yarışda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticə olaraq I yeri Bərdə rayonu Xanqaraqoyunlu kənd tam orta məktəbin, II yeri Gəncə şəhər İdman LiseyininIII yeri Goranboy rayonu Nadirkənd tam orta məktəbin komandası tutub.

             Qaliblər diplomlarla təltif olunub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.

               Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.