15.04.2019

Milli Qəhrəmanımız Alı Mustafayevin anım tədbiri keçirilib

            Aprelin 15-də şəhər 5 nömrəli tam orta məktəbin iclas zalında Azərbaycan Respublikasının əməkdar jurnalisti və Milli Qəhrəmanı, 20 noyabr 1991-ci ilde Qarakənd faciəsində həlak olaraq şəhidlik zirvəsinə ucalmış Alı Mustafayevin anım tədbiri keçirilib.

            Tədbir Bərdə Rayon Təhsil Şöbəsinin nümayəndələri, şəhər 5 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, o cümlədən Bərdə rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə təşkil edilib.

            Qeyd edək ki, Bərdə şəhər 5 nömrəli tam orta məktəb Milli Qehrəmanımız  Alı Mustafayevin adını daşıyır.