24.04.2019

Telman Hüseynin "Ağ vərəq" adlı şeirlər kitabının təqdimatı keçirilib

              Aprelin 23-də Xanqaraqoyunlu kənd tam orta məktəbində görkəmli el şairimiz Telman Hüseynin "Ağ vərəq" adlı 6-cı şeirlər kitabının təqdimatı keçirilib.

           Təqdimatda Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, şöbənin digər əməkdaşları, məktəbin müəllim, şağird kollektivi, kənd ziyalıları, şairin qələm dostları və aşıq həmkarları iştirak ediblər.

         Tədbirdə çıxış edən RTŞ-nin müdiri R.Şərifov və başqaları şairi təbrik ediblər, onun insani keyfiyyətlərindən və yaradıcılıq xüsusiyyətlərindən söz açıblar.

               Təqdimatda məktəbin şagirdləri  şairin şeirlərindən parçalar söyləyib və sazda ifa ediblər.

               Sonda Telman Hüseyn tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, yeni şeirlərini iştirakçılara oxuyub.


Açar sözlər: ,