26.04.2019

"Gənclərimiz narkomaniyaya yox deyir" mövzusunda rəsm və “Narkomaniyaya yox deyirik” mövzusunda inşa-yazı müsabiqələri keçirilib

          Aprel ayının 24 və 25-i tarixlərdə şəhər 5 nömrəli tam orta məktəbdə Bərdə RayonTəhsil Şöbəsi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında "Gənclərimiz narkomaniyaya yox deyir" mövzusunda rəsm və “Narkomaniyaya yox deyirik” mövzusunda inşa-yazı müsabiqələri keçirilib.

           Müsabiqədə 9 şəhər və 31 kənd məktəblərindən 94 nəfər şagird iştirak edib.

           Müsabiqələrin rəsmi hissəsində Təhsil Şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov, Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli və rəis müavini Aydın Qasımov mövzu ilə bağlı çıxış edərək şagirdlərə öz tövsiyyələrini veriblər.

           Müsabiqələrin qalibləri Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif ediləcəklər.


Açar sözlər: ,  ,