Bərdə Rayon Təhsil Şöbəsi Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qullar kənd ümumi orta məktəbdə “Açıq qapı” günü keçirilib.
"Açıq qapı" günündə biologiya, riyaziyyat, coğrafiya və fizika fənləri üzrə açıq dərslər təşkil edilib. Gün ərzində valideynlər , vətəndaşlar dərslərdə iştirak edib, dərs prosesi ilə tanış olublar.
“Açıq qapı” günləri təkcə dərslərin izlənilməsi prosesi deyil, eyni zamanda istedadlı uşaqların üzə çıxarılması ilə bağlı görülən işlərlə də tanış olmaqdır. Bu cür “Açıq qapı” günlərinin ardıcıl olaraq hər ay iki məktəbdə təşkil edilməsi planlaşdırılır.