07.05.2019

Şagirdimiz "Ən yaxşı təqdimat" müsabiqəsində mükafatlandırılıb

           Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

           Müsabiqənin nəticələrinə əsasən Bərdə şəhər Akademik Z. Əliyeva adına məktəb-liseyin XI sinif şagirdi Pınar Yusifli I dərəcəli diplomla təltif olunub.

           Qeyd edək ki, Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Müsabiqə Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə hər il ənənəvi olaraq keçirilir.


Açar sözlər: ,