06.05.2019

Şahmat turniri keçirilib

           Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 ildönümü münasibəti ilə Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin komandaları arasında şahmat turniri keçirilib.

           Tədbir ulu öndər Heydər Əliyevin ötən əsrin 80-ci illərində açılışında iştirak etdiyi Uşaq Gənclər İdman Şahmat məktəbində təşkil olunub.

              Turnirdə əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti hər birimiz üçün bir ideya məktəbidir. Heydər Əliyev ideyaları bu gün müstəqil Azərbaycanın inkişafının, qələbəsinin əsasıdır, təntənəsidr. Biz bütün qələbələrimiz üçün ulu öndərin müdrik siyasətinə, parlaq ideyalarına borcluyuq, minnətdarıq. Ulu öndər Heydər Əliyev xalqa xidmət missiyası ilə əbədi yaşayacaqdır. 

              Daha sonra rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev tarixdə elə şəxsiyyətlərdəndir ki, onun əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyildir. Bu yarışların keçirilməsi gənclərə və idmana hər zaman cox böyük diqqət və qayğı nümunəsi qoyub getmiş ümummilli liderin əziz xatirəsinə ehtiramı bildirir.

                Turnirin yekununda qaliblər YAP Bərdə rayon təşkilatının qiymətli hədiyyələri və diplomları ilə təltif ediliblər.


Açar sözlər: