Mayın 19-da ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
Müsabiqədə Rayon Təhsil Şöbəsin tabeliyində fəaliyyət göstərən məktəblər üzrə ümumilikdə 203 şagird iştirak edib.
Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib.
Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.