Şəhər 5 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Mən Bəşəriyyətə Gərəyəm!" adlı tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim, şagird kollektivi və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Nəsiminin böyük şəxsiyyət, dahi mütəfəkkir olduğunu vurğulayaraq "Nəsimi" filminin çəkilişi zamanı yaşanan xoş xatirələrindən, yadda qalan səhnələrdən danışmışdır. Qeyd ediblər ki, Nəsimi dahi olduğunu yazdığı qəzəlləri ilə təsdiq edib.
Tədbiridə məktəbin şagirdləri İmadəddin Nəsimiyə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə çıxış edib, “Nəsimi” filmindən kiçik səhnəciklər canlandırıblar. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, İ.Nəsimi yaradıcılığı barədə məlumat əldə etməsindən ibarətdir.