25.05.2019

Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

            Mayın 25-də Xanqaraqoyunlu kənd tam orta məktəbində dahi mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə şairin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

               Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, məkdəbin müəllim, şagird kollektivi və digər qonaqlar iştirak ediblər.

               İlk öncə şagirdlərinin ifasında kompozisiya və “Nəsimi” filmindən epizodlar nümayiş olunub. Sonra məktəbin yuxarı sinif şagirdləri "Nəsimi" filmindən Dərvişlər obrazını canlandıraraq tədbirə xüsusi rəng qatıblar.

         Çıxış edənlər Nəsiminin böyük şəxsiyyət, dahi mütəfəkkir olduğunu vurğulayaraq qeyd ediblər ki, Nəsimi dahi olduğunu yazdığı qəzəlləri ilə təsdiq edib.


Açar sözlər: ,