27.05.2019

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə rayon tədbiri keçirilib

             Mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə rayon tədbiri keçirilib.

       Tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib. Mərasim iştirakçılarından bir qrupu öncə respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül–çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

           Tədbiri rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq müstəqilliyimizin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və vüsətinin təmin edilməsindən danışıb.

            Rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova, rayon Gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək Azərbaycan dövlətinin qazandığı zəfərlərdən, əldə etdiyi uğurlardan danışıblar.

            Tədbirdə respublika və dünya miqyaslı idman yarışlarında qalib gəlmiş məktəb şagirdlərinin bir qrupuna medallar və diplomlar təqdim edilib. Sonra şəhər 8 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş etdirilib.

             Tədbir konsert proqramı ilə yekunlaşıb.


Açar sözlər: ,