11.06.2019

“Reproduktiv sağlamlığın tədrisi” adlı maarifləndirici seminarlar keçirilib

      Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində “Reproduktiv sağlamlığın tədrisi” adlı maarifləndirici seminarlar keçirilib.

         Seminarların keçirilməsində əsas məqsəd qızların sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

               Məktəb psixoloqları, valideynlər və  VI sinif qızlarının iştirakı ilə keçirilmiş seminarlarda biologiya müəllimləri çıxış edərək bildiriblər ki; “Gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı geniş maarifləndirmə proqramlarının təşkili xüsusi əhəmiyyət kəsb edir. Gənclərin reproduktiv sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindən biridir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə uşaq və gənclər, xüsusilə də, qızlar, sanitar, gigiyenik qaydalara əməl edən, hər cür zərərli vərdişlərdən uzaqlaşmağı bacaran fərdlər kimi formalaşırlar.”

                 Sonda təlimdə iştirak edən qızlara mövzuya dair müvafiq maarifləndirici materiallar paylanılıb.


Açar sözlər: ,  ,