12.06.2019

Aysel Rəhimli “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsinin qalibi olub

            İyun 11-də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

         “Ədəbiyyat biliciləri” müsabiqəsinin fevral ayında keçirilmiş rayon mərhələsində iştirak edən 105 şagirddən 1 nəfər Bərdə şəhər 8 nömrəli tam orta məktəbin X sinif şagirdi Aysel Rəhimli müsabiqənin ölkə mərhələsinə qatılıb.

            Respublika üzrə 125 nəfər şagirdin iştirak etdiyi ölkə mərhələsində Aysel Rəhimli uğurlu çıxış edərək Təhsil Nazirliyi tərəfindən birinci dərəcəli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

           Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində  nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.


Açar sözlər: ,  ,  ,