Beynəlxalq Rus Dili Günü ərəfəsində iyunun 4-də Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə XI olimpiadanın başa çatması münasibətilə təntənəli mərasim keçirilib.
Mərasim Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Olimpiada turu il ərzində 24 regionda keçirilib. Olimpiadada Azərbaycanın 51 regionunda fəaliyyət göstərən 638 ümumtəhsil müəssisədən 3500-ə qədər şagird iştirak edib, 214 şagird qalib olub.
Rayonumuzu təmsil edən 20 nəfər şagirddən 3 nəfəri, şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Rəvan Quliyev, Zakir Qurbanov, Fuad hüseynov qalib olaraq diplomla təltif ediliblər.