14.06.2019

Bərdə məktəblərində Son zəng" tədbirləri keçirilib

              İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Bərdə məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

             Tədbirlərdə Bərdə Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun digər idarə və təşkilatlarından qonaqlar, ictimaiyyət nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.

              Qeyd edək ki, 2018-2019-cu tədris ilində Bərdə rayon ümumtəhsil məktəblərinin IX siniflərini 1750 nəfər, XI siniflərini 1166 nəfər şagird bitirib. 2019-2020-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz isə 2464 nəfərdir.


Açar sözlər: ,  ,  ,