18.06.2019

Bərdə məktəbliləri güllə atıcılığı üzrə yarışın qalibi olublar

               12-15 iyun tarixlərində Sumqayıt Paralimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarına daxil olan güllə atıcılığı üzrə final yarışları keçirilib.

            Yarışda rayonumuzu Y.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbinin komandası (4 oğlan, 1qız) təmsil edib.

          Pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda komandamız yüksək nəticə göstərərək 19 komanda arasında III yeri tutub və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin müvafiq dərəcəli diplomları və kuboku ilə mükafatlandırılıblar.


Açar sözlər: ,