Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi artıq yekunlaşıb. Müsabiqədə ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihədən 168-in maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
Müsbət qərar verilən 168 layihənin və ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər arasında Bərdə müəllimlərinin lahiyələri də yer alıb. Lahiyələri qalib olan müəllimlər və lahiyələrinin mövzuları aşağıdakı kimidir:
Şəhər 4 nömrəli tam orta məktəbin direktoru Məmmədova Tofiqə Zahid qızı: “İngilis dilində dinləyib-anlamağı öyrədək”
Şəhər 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Həsənova Şahirə Elbrus qızı: "Təbiəti sevənlər"
Şəhər 8 nömrəli tam orta məktəbin sinif müəllimi Quliyeva Könül Imran qızı: "Atamla birgə öyrənirəm!"
Kürdborakı kənd tam orta məktəbin kimya müəllimi Məmmədov Elşən Ramiz oğlu: “Kimyadan laboratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri”