26.08.2019

Təhmin Muradov Respublika üzrə ən yüksək nəticəni göstərib

        Bərdə şəhər 5 nömrəli tam orta məktəbin məzunu Muradov Təhmin Hidayət oğlu Respublika üzrə ən yüksək nəticəni göstərib. Belə ki, məzunumuz 695,6 bal toplayaraq ən yüksək balla Azərbaycan Tibb Unversitetinin Müalicə işi ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.

       Təhmin Muradov 3 il davamlı olaraq Respublika Olimpiadalarında biologiya fənni üzrə göstərdiyi uğurlu nəticələrinə görə qızıl medalla təltif edilib. Məktəbi fərqlənmə attestatı ilə bitirən Təhmin öz sevincini bizimlə bölüşdü:

         “İmtahanlarda yüksək nəticələr qazanmaq istəyən abituriyentlərə müntəzəm çalışmağı məsləhət görürəm. Müəllimlərin tapşırıqlarını dəqiq yerinə yetirmək, yüksək bal toplamağa can atmaq lazımdır. Ən əsası isə, məktəb illərində yaxşı oxuyaraq təməli möhkəm qoymaq lazımdır ki, sonrakı hazırlıq dövrü daha asan olsun.

         Gələcəyin həkimi olmaq və insanlara layiqli xidmət etmək istəyirəm. Bir sözlə, bu göstərici mənim üçün sadəcə uğurun başlanğıcıdır”.


Açar sözlər: ,  ,  ,