27.08.2019

Qəbul imtahanlarında məzunlardan 34 nəfəri 600 baldan yuxarı nəticə göstərib

               2018-2019-cu tədris ili üçün Bərdə şəhər ümumtəhsil məktəblərinin məzunları uğurlu nəticələr göstəriblər. Belə ki, bu il XI sinfi bitirən 1145 nəfər məzundan böyük əksəriyyəti tələbə adını qazanıb. Ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 810 nəfər məzundan 561 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar. Qəbul imtahanlarında məzunlardan 115 nəfəri 500 baldan, o cümlədən 34 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

               Məktəbi bitirən 1145 nəfər məzundan 3 nəfəri qızıl, 2 nəfəri isə gümüş medal, 26 nəfəri fərqlənmə, 1119 nəfəri adi nümunəli attestast alıb.

            Qızıl medala Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin XI sinif məzunu Həsənli Şəbnəm Xaliq qızı, şəhər Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbin XI sinif məzunu Muradov Təhmin Hidayət oğlu və  Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəbin XI sinif məzunu Məcidzadə Mirdamət Rəhim oğlu layiq görülüb.

              Ən yüksək nəticə əldə edən məzunumuz Bərdə şəhər Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbin məzunu Təhmin Muradovdur. IV ixtisas qrupu üzrə 695,6 bal toplayaraq Azərbaycan Tibb Unversitetinin Müalicə işi ixtisasına qəbul olub.


Açar sözlər: ,  ,