16.09.2019

Bərdə rayonu ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub

               Bərdə rayonu ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

           Yeni dərs ilinin ilk günündə Bərdə rayonunun İmamqulubəyli, Nəcəfqulubəyli, Böyük Qacar və Təhlə kəndlərində müəllim və şagirdlər ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 16-da həmin kəndlərdə yeni modul tipli məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilib.

             Tədbirlərdə Bərdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanları və ictimaiyyət nümayəndələri,  müharibə iştirakçıları və əmək veteranları iştirak ediblər.

               Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə çıxış edən qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

               Sonra məktəblilərin iştirakı ilə konsert proqramı təqdim etdirilib.

        Yeni tədris ilində Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 22730 şagird təhsil alacaq. Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 2414-dən çox,  IX sinfində 1821, X sinfində  1164, XI sinfində  1308 şagird təhsil alacaq.

             Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 59-u tam orta məktəb, 10-u ümumi orta məktəb, 5-i ibtidai məktəb və  2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 74 təhsil müəssisəsi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,