Bərdə Rayon Təhsil Şöbəsində Təhsildə İnkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsində qalib olan “İngilis dilində dinləyib-anlamağı öyrədək“ adlı layihənin təqdimatı keçirilib.
Tədbirdə təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Metodiki Xidmət Mərkəzinin direktoru Xuraman Qurbanova, metodistlərdən Almaz Ələsgərova, Afət Musayeva, Zövqiyyə Əsədova və layihənin təlimçisi Xuraman Həsənova, digər ingilis dili müəllimləri işitirak ediblər.
Tədbiri giriş sözü ilə layihənin rəhbəri Tofiqə Məmmədova açaraq bildirib ki, layihənin məqsədi şəhərdə yerləşən yerli və məcburi köçkün məktəblərində çalışan 25 xarici dil müəlliminə dinləyib-anlama bacarıqlarının tədrisində yeni strategiyaların tətbiqi yollarını öyrətməkdir.
Lahiyə təlimçisi və RTŞ-nin əməkdaşları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Sonda müəllimlərə anket sorğuları paylanıb və onları maraqlandıran suallar cavablandırılıb..