Bərdə şəhər 4 və 8 nömrəli tam orta məktəblərdə Təhsildə İnkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsində qalib olan "Atamla birgə öyrənirəm" adlı layihənin təqdimatı keçirilib.
Tədbirlərdə layihə rəhbəri Könül Quliyeva və təlimçisi IV sinif şagirdlərinə və valideynlərinə layihə haqqında ətraflı məlumatlar veriblər.
Layihənin təqdimatı zamanı şagirdlərə layihə çərçivəsində müəyyən olunmuş 5 fənn açıqlanıb və şagirdlərin bu fənnlərə olan maraqları müəyyən olunub.Eyni zamanda şagirdlərin təlimlə bağlı təklifləri dinlənilib və qeydə alınıb.
Ümumilikdə 152 şagird layihə haqqında məlumatlandırılıb və təlimlərdə iştirak etmək istəyən şagirdlərə qeydiyyat üçün müəyyən zaman verilib. Qeydiyyatdan keçərək iştirakını təsdiqləmək istəyən şagirdlər bu haqda öz sinif rəhbərlərinə və ya birbaşa layihə rəhbərinə məlumat verərək qeydiyyatlarını tamamlaya bilərlər. Sonda seçimlər olacaq və yekun iştirakçılar seçiləcək.
Qeyd edək ki, layihənin əsas məqsəd Təhsil sistemində ataların rolunu artırmaq, onlara övladları ilə birlikdə yeni və müasir öyrənmə üsullarını açıqlamaq və ata-övlad münasibətinin kiçik yaşlardan formalaşdırmasını təbliğ etməkdən ibarətdir.