02.10.2019

"Təbiəti sevənlər" layihəsinin təqdimatı keçirilib

            Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə lll qrant müsabiqəsində qalib olan "Təbiəti sevənlər" layihəsinin təqdimatı keçirilib.

           Təqdimatda Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, Rayon Təhsil Şöbəsi metodkabinetin direktoru Xuraman Qurbanova, RTŞ-nin metodisti və eyni zamanda layihənin eksperti Zövqiyyə Əsədova, şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Teymur Həmidov, layihənin ekoloqu Aqrar Elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, təlimçi müəllim Həsənova Aytəkin və biologiya müəllimləri iştirak ediblər.

             Tədbiri giriş sözü ilə layihənin rəhbəri Şahirə Həsənova açaraq layihənin məqsəd və vəzifələri, o cümlədən layihənin icra müddətində görüləcək işlər haqqında məlumat verib. Qonaqlar çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

              Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,