Fəaliyyəti dövründə fənn olimpiadalarına hazırladığı şagirdlər yüksək nəticələr göstəriblər. Ş.Həsənova o cümlədən Təhsildə inkişaf və innovasiyalar üzrə lll qrant müsabiqəsində qalib olan "Təbiəti sevənlər" layihəsinin rəhbəridir.
“Tərəqqi” medalına layiq görülən pedaqoq fikirlərini bizimlə bölüşdü:
“Hər zaman çalışdığım sahədə yeniliklər etmək, yüksək nəticələrlə xatırlanmaq istəmişəm. Düşünürəm ki, əksər hallarda buna nail olmuşam. Şagirdlərimdə biologiya elminə olan hədsiz maraq bunun bariz nümunəsidir. Fəaliyyətimə yüksək qiymət verilməsi məni daha çox ruhlandırır. Etimad üçün təşəkkür edirəm”.