10.10.2019

İcma əsaslı qruplarda fəaliyyət uğurla davam etdirilir

          Bərdə rayonunun bağça olmayan kəndlərində məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə yaradılan icma əsaslı qruplarda fəaliyyət uğurla davam etdirilir.

       İcma əsaslı məktəbəqədər təhsil qrupları Bərdə rayonunun Qazaxlar, Mustafaağalı, Kələntərli, Gərənə, Zümürxan, Türkmən, Kətəlparaq, Mirzalıbəyli, Mustafaağalı və  Uğurbəyli kəndlərində təşkil olunub.

        Qeyd edək ki, Təhsil İnstitutunun həyata keçirdiyi layihə çərçivəsində 2019-cu ilin oktyabr ayından 32 bölgədə daha 320 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayıb.